İsko ilə bağlı qərar verildi

21.05.2022 14:36 381
Dünya futbolu
İsko ilə bağlı məsələyə rəsmən aydınlıq gəlib.

O, növbəti mövsümdə “Real”da görünməyəcək. Bu fikri baş məşqçi Karlo Ançelotti səsləndirib. İtalyan mütəxəssis “Betis” ilə matçın ikinci hissəsində meydana buraxdığı yarımmüdafiəçi haqda belə deyib:

“İskonun “Real”dakı karyerası sona çatıb. O, komandada əla yol qət edib. Əlbəttə, İskodan daha yaxşı nəticələr gözləmək olardı. Amma istənilən halda uzun müddət komandanın vacib oyunçularından sayılıb. Ona gələcək karyerasında uğurlar diləyirəm”.