• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abduləzimova millinin sabiq və hazırkı çalışdırıcılarını müqayisə etmək istəmədi - MÜSAHİBƏ

İdman / Manşet / Müsahibə

24-07-2023, 22:0

Peşəkar karyerasına 2008-ci ildə "Azerreyl"də başlayan qadın voleybolçulardan ibarət yığmanın üzvü Ayşən Abduləzimova 2018-dən legoner həyatı yaşayır. 2018 -20 aralığında Macarıstanda “Vaşaş”da, 2020/21 mövsümündə Türkiyədə "Sarıyer Bələdiyəspor"da çıxış edən blokçu 2021-ci ildən yenidən "Vaşaş"ın uğurları üçün çalışır. Dünən 30 yaşlı idmançı ilə yığmanın Avropa çempionatına hazırlığı, karyerası, ölkə voleybolu haqda söhbətləşdik.

- Hazırlıq necə gedir?
- Hazırlığı Bosniya və Hersoqovinada davam etdiririk. Bu ölkənin yığması ilə 3 yoldaşlıq oyunu keçirmək planlaşdırılıb. Artıq dünən rəqibimizlə birinci matçımızı keçirdik və heç-heçə etdik - 2:2.

- Komandanın heyətində itkilər var?
- Kollektivdə hər şey qaydasındadı. Təlim-məşq toplanışını geniş heyətlə keçirik.

- Avqustun 15-də Avropa çempionatı start götürür. Bu turnirdən gözləntilərin nədi?
- Əsas məqsəd qrupu ilk pillələrdə başa vurmaqdı. Bunu bacarsaq, növbəti mərhələdə bizə rahat olacaq.

- Almaniya, Türkiyə, Çexiya, Yunanıstan və İsveçlə eyni qrupda mübarizə aparacaqsız. Rəqibləri necə dəyərləndirərdin?
- Rəqiblərimiz güclü olsa da, şansımız çoxdu. Əlimizdən gələnin ən yaxşısını edib qrupdan çıxacağıq.

- Millinin sabiq və hazrkı baş məşqçilərini müqayisə edə bilərsən?
- Bu sualı cavablamasam, daha yaxşı olar.

- Polina Rəhimova üç ildən sonra yenidən qitə birinciliyində yığmamızın heyətində çıxış edəcək. Onun qayıdışı millinin oyununa necə təsir edəcək?
- Polina güclü voleybolçudu. Onun qayıdışı bizə əlavə güc verəcək.

- "Vaşaş"da legioner həyatın necə keçir? Bu illər ərzində hansısa çətinliklə üzləşmisən?
- Artıq 5 ildi Macarıstandayam. Hər il fərqli çətinliklər olur. Mövsüm ərzində çoxlu oyun keçirməyimiz fiziki və psixoloji cəhətdən yorulmağımızla nəticələnir. Lakin bu, işimizin bir parçasıdı.

- Ötən il Macarıstanda ən yaxşı oyunçu seçilmisən. Bununla bağlı təəssüratınızı bölüşərdin...
- Açığı, bunu gözləmirdim. Mən titul və ad üçün oynamıram. Amma məni buna layiq gördüklərinə görə xoşbəxtəm. İnşallah, davamı gələr.

- Yığmadakı və klubdakı gələcək hədəflərin nədi?
- Hədəf yaxşı oyun göstərməkdi. Ən əsas da milli komanda ilə. Çünki son illər yığmanın heyətində yaxşı nəticə göstərə bilmirik.

- Transfer təklifləri olub?
- Bəli, bir neçə ölkədən təkliflər olub. Lakin Macarıstan və "Vaşaş" mənim ikinci evimdi. Baş məşqçimizlə münasibətim də çox yaxşıdı. Özümü burda xoşbəxt hiss edirəm.

- Xaricdə oynayan idmançı kimi ölkə voleybolunun səviyyəsini necə qiymətləndirirsən?
- Düzü, 5-6 il əvvəllə müqayisə etsək, hazırda ölkə çempionatının səviyyəsi aşağıdı. Yüksək liqada çıxış edən komandaların sayı azdı. İstəyirəm ki, ölkə çempionatında oynadığım zaman olan klublar yenidən əvvəlki gücdə olsunlar.

- Ölkə voleybolunun əvvəlki nüfuzunu necə geri qaytarmaq olar?
- Bunun üçün klubların və sponsorların sayı artmalıdı. Mən Azərbaycanda çıxış etdiyim dövrdə ən güclü voleybolçular bizim çempionatda idi. Liqamız dünyada, Avropada izlənilirdi. İnanıram ki, yeni rəhbərliklə voleybolumuz əvvəlki nüfuzunu pillə-pillə bərpa edəcək.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman

13-05-2022, 16:0

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

İdman

13-05-2022, 21:0

Azərbaycanlı Macarıstan çempionatının ən yaxşısı seçildi

İdman

5-12-2022, 15:0

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Yığma

18-07-2023, 10:0

Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə