“Araz-Naxçıvan” və “Kəpəz” yeni mövsümə hazırlıq məqsədilə yoxlama oyunu keçirib - 1:1. Naxçıvanlıların qolunu Orxan Əliyev vurubsa, gəncəlilərdən Mate Kvirkviya fərqlənib.
Matçla bağlı fikirlərini öyrənmək məqsədilə gürcü futbolçu ilə əlaqə saxladıq. "Kəpəz"i məğlubiyyətdən xilas edən Mate Kvirkviya "Football-plus.az"a bunları dedi:
“Əla oyun göstərdik. İstəyirik ki, çempionat başlayana qədər bir matçda da gücümüzü sınayaq. Azarkeşlər növbəti mövsümdə əvvəlkindən zəif “Kəpəz” və Mate görməyəcəklər. Bunu “Araz-Naxçıvan”la yoldaşlıq görüşü də təsdiqlədi. Məhz fiziki-taktiki oyunla tərəfdarlarımızın qarşısına çıxdıq. Gəncədə çox xoşbəxtəm və komandama kömək edə bilmək üçün əlimdən gələni edəcəm. Burda hər şey çox yaxşıdı”.
KƏNAN BAHADIR