"İmişli" çempionluq üçün planlar qurur

1.07.2023 17:32 448
Aktual / Liqalar
Ötən mövsüm 1-ci divizionda uğursuz çıxış edərək sonuncu olan "İmişli" yeni mövsümdə yeni formatda təşkil olunan 1-ci liqaya ciddi hazırlaşır.

Komanda artıq yeni sponsorla da müqavilə bağlayıb. Bu o deməkdi ki, İmişli təmsilçisi daha da iddialı olacaq. Detallı bilgiləri komandanın baş məşqçisi Ruhid Usubov "Football-plus.az" saytına açıqladı:

"İyulun 10-15-i aralığında seçimlərimiz olacaq. Avqustda isə toplanış start götürəcək. Yaxın rayonların birində 10 gun təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Heyətdə dəyişiklik olacaq. Ötən il özünü yaxşı tərəfdən göstərən oyunçularla müqaviləni yeniləyəcəyik. Bu il verilən qərarlar çox sevindirici oldu. İdman prinsipinin qorunması bizə elavə motivasiya verdi. Bu yaxınlarda "İmişli"sevərlər üçün xoş bir hadisə də gerçəkləşdi. Artıq sponsorumuz var. Bu, işlərimizin qaydasına düşməsi deməkdi. Yəni, autsayderdən iddialı komandaya çevrilirik. Məqsədimiz çempionluq üçün oynamaqdı".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul