Salihamiciç şayiələrə reaksiya verdi

1.12.2022 16:44 292
Dünya futbolu
“Bavariya” rəhbərliyi klubun yanvarda bir sıra transferlər planlaşdırması ilə bağlı xəbərlərə reaksiya verib.

Football-plus.az xəbər verir ki, idman direktoru Hasan Salihamiciç Lukas Ernandes ilə Nussair Mazrauinin zədələnməsinə baxmayaraq, yeni oyunçu alınmayacağını bəyan edib:

“Yanvar ayında heç bir transfer etməyəcəyik. Əvvəla, potensial keçidlər bizə baha başa gələ bilər. Bir də ki, heyəti gücləndirmək üçün variantlar görmürük”.