Qəza yerindən qaçdı, müqaviləsi ləğv olundu

19.07.2023 21:21 204
İdman
İyulun 13-nə qədər “Arizona”nın oyunçusu olan Aleks Qalçenyukun başı dərddədi.

İş ondadı ki, hokkeyçi iyulun 9-da həbs olunub. 29 yaşlı amerikalı hücumçu maşınla qəza törədib və hadisə yerindən qaçıb. Onu həmçinin xuliqanlıqda, polisə tabe olmamaqda da suçlayırlar. Aleks onu saxlayan polisi və ailəsini öldürəcəyi ilə bağlı təhdid edib. Həmçinin polisi irqi zəmində təhqir edib. Bazar günü axşam şəhər həbsxanasına aparılan hokkeyçi ertəsi yaşayış yerini tərk etməməklə bağlı iltizam verəndən sonra buraxılıb.

İyulun 13-də isə “Arizona” Qalçenyukla müqaviləni pozmağa qərar verib. 29 yaşlı hokkeyçi drafta çıxarılıb. Halbuki bu klubla iyulun 1-də müqavilə bağlamışdı. Qarşılıqlı razılığa əsasən onun MHL-dəki mövsümlük qazancı 775 min dollar olmalıydı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul