"Turan Tovuz"un məşqçiləri "Gənclərbirliyi"ndə

16.07.2023 10:51 292
Premyer-liqa
“Turan Tovuz” hazırlıqlarını Ankarada davam etdirir.


"Football-plus.az" xəbər verir ki, komandanın düşərgəsində futbol akademiyasının koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyev də yer alıblar. Onlar əsas komandanın məşqlərində iştirak etməklə yanaşı, yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq üçün Türkiyənin köklü klublarından olan “Gənclərbirliyi”nin futbol akademiyasında da təcrübə keçəcəklər.