“Qəbələ” Misli premyer-liqasının 34-cü turunun “Turan Tovuz”la ev oyununun hazırlıq prosesini başa vurub.
"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.
Xatırladaq ki, mayın 13-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Turan Tovuz” qarşılaşması saat 18.00-da başlayacaq.