PSJ ilə müqaviləni rəsmiləşdirdi

8.07.2023 21:39 218
Dünya futbolu
“Real”ın sabiq oyunçusu Marko Asensio ilə bağlı bir neçə həftə əvvəl yayılan xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, karyerasını PSJ-də davam etdirəcək. Paris klubunun saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Marko 2016-cı ildən çıxış etdiyi və sıralarında 17 kubok qazandığı “Real”dan ötən ay azad agent kimi ayrılıb.