MBA-nın əfsanəsi Maykl Cordan oğlu Markusla vaxtilə “Çikaqo”nun heyətində meydanda birgə xarüqələr yaratdığı Skotti Pippenin sabiq xanımı Larsa arasında davam edən sevgi münasibətlərini təqdir etmir.
“Football-plus.az” xəbər verir ki, Cordan publika önünə çıxarkən növbəti dəfə bu münasibətlərin xarakteri ilə bağlı sualla üzləşib. Altıqat MBA çempionu əvvəlcə gülümsə də, növbəti sualda “yox” deyib. Daha bir sualın cavabında, sadəcə, başını bulayıb.
48 yaşlı Larsa Pippen Skotti ilə boşanma prosesini ötən il başa çatdırıb. Markus Cordanın isə 32 yaşı var.