"Turan Tovuz"da ispaniyalı məşqçi

3.07.2023 10:31 217
Ölkə futbolu
"Turan Tovuz"da yeni məşqçi təyinatı gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Alberto Qarsiya Santamariya ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarsiya ilə razılaşmanın müddəti 2024-cü ilin yayına qədərdir..