Milli komandada istefa

30.06.2023 23:36 182
Dünya futbolu
Georgi Kondratyev Belarus yığmasındakı işini itirib.


"Football-plus.az" xəbər verir ki, o, baş məşqçi vəzifəsindən istefaya göndərilib. Belarus Futbol Federasiyasının rəsmi saytının məlumatında 63 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib.

Kondratyev milli komandaya 2021-ci ilin yayından başçılıq edirdi. O, yığmanı 2011-14-cü illər aralığında da çalışdırmışdı.