Yığmamız Avropa birinciliyində iştirak edəcək

30.06.2023 11:31 240
İdman
İyulun 1-10-u aralığında Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Komandamız aşağıdakı heyətlə çıxış edəcək:

U-15 qızlar: Nuray Əbilova (40 kq), Aytən Əliyeva (59 kq), Arzu Qədimova (76 kq).

U-15 oğlanlar: Murad Həsənli (49 kq), Yunis Bayramov (67 kq), İsa Əliyev (73 kq), Hüseyn Heydərov (81 kq), Muhammədəli Məmmədzadə (96 kq).

U-17 oğlanlar: Amin Osmanov (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq).

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul