Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

8.08.2022 12:55 436
Yığma
10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yarışda 36 ölkədən 393 nəfər (192 qız + 201 oğlan) atlet iştirak edəcək. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançımız qatılacaq. Onlar aşağıdakılardı:

U-15

Qızlar: Zəhra Niftəliyeva (71 kq).
Oğlanlar: Turan Əliyev (61 kq).

U-17

Qızlar: Rahilə Hüseynzadə (81 kq).
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq).