“Qarabağ”ın ilk rəqibi bəlli oldu

26.06.2023 18:52 237
Premyer-liqa
Avstriya təlim-məşq toplanışında olan “Qarabağ”ın ilk yoxlama görüşünün vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi sabah “Ferentsvaroş”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə 20.00-da başlayacaq. Görüş Avstriyadakı "Leerberg Arena"da keçiriləcək.