Gimnastlarımız Avstriyaya yollanıb

25.06.2023 12:51 205
İdman
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvləri hazırlıqlara başlayıb.

"Football-plus.az" xəbər verir ki, Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova iyunun 25-dən iyulun 1-dək Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışına yola düşüblər.