Şəhriyarla Teymur eyni aqibətlə üzləşdi - Qlobal Şahmat Liqası

24.06.2023 15:15 236
İdman
Dubayda qlobal şahmat liqası başlayıb.

"Football-plus.az" saytının məlumatına görə, millinin liderləri də iştirakçılar sırasındadı. Şəhriyar Məmmədyarovun heyətində yer aldığı "Chingari Gulf Titans" ilk oyunda "Ganges Grandmasters"ə uduzub - 2:4. Şəhriyar isə polşalı Rixard Rapportla qarşılaşmada heç-heçəylə kifayətlənib.

Teymur Rəcəbovlu "Balan Alaskan Knights" isə Maqnus Karlsenin şərəfini qoruduğu "Alpine Warriors" ilə bacarmayıb (2,5:3,5). Həmyerlimizin Hindistan şahmatçısı Arcun Eriqaisi üzərində qələbəsi işə yaramayıb.