Azərbaycan karateçisi Fərid Ağayev Krakov-2023 3-cü Avropa Oyunlarında mübarizəni dayandırıb.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində yer aldığı B qrupundan yarımfinala yüksələ bilməyib.
İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnyi (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan F.Ağayev portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.
Qeyd edək ki, qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində qrupdakı hər üç görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib və minimum bürünc medalı təmin edib.
Fərid Ağayev yarımfinala çıxa bilmədi
İdman




