Karateçimiz erməni rəqibinə qalib gəlib medalı təmin etdi

23.06.2023 12:37 213
İdman
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən 3-cü Avropa Oyunlarında yarımfinala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançımız əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyib. Dünya və Avropa çempionu növbəti dəfə Ermənistan idmançısı rəqibi Anita Makyana (8:0) qalib gəlib. Bununla da İrina minimum bürünc medalı təmin edib.

O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.