• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Əliyev həm məyusdu, həm də razı

Aktual / Yığma

23-06-2023, 13:0

21 yaşadək futbolçulardan ibarət milli komandamız beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki matç keçirib. İyunun 17-də İstanbulda Türkiyə ilə qarşılaşan yığma 0:1 hesabı ilə məğlub olubsa, srağagüm “Dalğa Arena”da Qırğızıstanın U-23 komandası ilə oyunda bərabərlik qeydə alınıb – 1:1. Millinin heyətində 61-ci dəqiqədə Murad Vəliyev fərqlənib.

Xatırladaq ki, U-21 sentyabrın 9-da Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq. Birinci qarşılaşmada rəqib Serbiya olacaq. Ümumilikdə sözügedən turnirdə yığmanı bu il 4, 2024-cü ildə isə 6 ağır sınaq gözləyir. Görəsən, millinin son durumu necədi? Təlim-məşq toplanışlarını necə dəyərləndirmək olar? Avropada ölkəmizi layiqincə təmsil edə bilmək üçün hansı zəruri addımlar atılacaq?

"Football-plus.az" olaraq U-21-in baş məşqçisi Samir Əliyevlə əlaqə saxlayıb suallarımıza cavab aradıq:

"İki maraqlı və baxımlı matç keçirdik. Turnirin məqsədlərinə uyğun ilkin hədəfimiz futbolçuların formaya düşməsi və təcrübələrini zənginləşdirmək idi. Düzdü, belə qarşılaşmalarda nəticə o qədər də vacib olmur. Buna baxmayaraq, qələbə qazansaydıq, daha yaxşı olardı.

Bilindiyi kimi, qarşıda bizi Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. Qələbə komandada əlavə motivasiya və inam yarada bilərdi. Təəssüf ki, olmadı. Məyusuq. Onu da vurğulayım ki, Veysəl Rzayev (Turan Tovuz), Abdulla Rzayev (Kəpəz) və Nazim Həsənzadə (“Dauqavpils”, Latviya) zədə səbəbindən heyətdə yer almamışdı. Yəni komandada ölkə çempionatında təcrübəsi olan az sayda futbolçu var idi ki, onların da xidmətindən yararlanmaq qismət olmadı. Ümumiyyətlə, futbolçularda yorğunluq hiss olunurdu. Oyunlara gəlincə, heç kimə sirr deyil ki, indiki halda Türkiyə yığması bizdən 2-3 addım öndədi. Bunu komandanın digər güclü rəqiblərlə qarşılaşmalarına nəzər saldıqda görürük. Türkiyə yaxın tarixdə həqiqətən ciddi uğurlara imza atıb və böyükhesablı qələbələr qazanıb. Rəqibin güclü olmasına baxmayaraq, çox yaxşı mübarizə apardıq, bir neçə qol vəziyyəti yaratdıq. Ustalıq səviyyəsi çatmadı ki, yaratdığımız imkanları qola çevirək. Təəssüf ki, sadə səhvdən qapımıza penalti təyin olundu. 11 metrlik cərimə zərbəsinin qola çevrilməsindən sonra işlər yolunda getmədi. Nəticədə məğlub olduq.

Qırğızıstanla oyun da istədiyimiz kimi alınmadı. Bu matçdan ümidliydim. Düşünürdüm ki, qələbə qazana bilərik. Çünki futbolçularımda güc və inam hiss edirdim. Sona qədər əzmlə mübarizə apardılar. Bir var, “döyüşmədən” təslim olursan, bir də var, qələbə üçün meydanda can qoyursan. Milli komandamızda ilk dediyim hal yaşana bilməz. Mən yeni oyunçular seçərkən xüsusilə bu mövzuda çox diqqətli davranıram. Yığmanın məsuliyyətini dərk etməyən, ağır yükün altına girməkdən çəkindiyini hiss etdiyim oyunçularla dərhal danışığı yekunlaşdırıram. Digər tərəfdən, hər iki qarşılaşmada yeni sistem üzərində işlədik, bir çox oyunçuya şans verdik. 5 futbolçu U-21-də debüt etdi. Hər iki matç göstərdi ki, ümid yeri var. Təbii ki, inkişaf etmək üçün daha çox çalışmalıyıq. Çətin rəqiblərlə oynamağımızın səbəbi budu. Gücümüzə bələd olmaq vacibdi. Qazandığımız təcrübə Avropa çempionatının matçlarında bizə kömək edəcək. Məşqçilər korpusu olaraq, qarşıdakı günlərdə soyuq başla hər iki oyunu təhlil edəcəyik. Ümumilikdə komandamdan razı qaldım”.


Samir bəy qarşıdakı planlara da aydınlıq gətirdi:

“Ümumi vəziyyətə gəlincə, bu haqda çox danışmaq olar. Birincisi odu ki, ölkədə keyfiyyətli futbolçu qıtlığı var. Elə gerçəkdi ki, bunu gizlətmək olmaz. Futbola həvəsi olan yeniyetmələrin sayı çox olsa da, tapşırıqlara əməl etməyə, meydanda prinsipial oyun nümayiş etdirməyə gələndə, özlərini yaxşı tərəfdən göstərə bilmirlər. İkincisi, matçların canlı yayınlanmamasıdı. Çox istərdik ki, azarkeşlər televiziyalarda belə oyunları izləsin. Bəzən nəticə yaxşı olmayanda elə sözlər eşidirik ki, sanki faciə baş verib. Əksəriyyətin komandanın meydanda nə qədər inamlı mübarizə aparmasından xəbəri olmur. Həqiqətən elə hallar baş verir ki, millimiz nə qədər istəsə, əlindən gələni etsə də, rəqib reallığı dəyişməyə imkan vermir. Bizə isə acınacaqlı vəziyyətlə barışmaq qalır. Sonda deyim ki, bundan sonra başqa təlim-məşq toplanışı hələ ki nəzərdə tutulmayıb. İndiyə qədər Macarıstan, Albaniya və İsveç kimi rəqiblərlə də oyunlar keçirmişik. Avropa çempionatının seçmə mərhələsində ən yaxşısını etməyə çalışacağıq”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

20-06-2023, 22:0

Millimizdən heç-heçə

Yığma

17-06-2023, 22:0

Millimiz Türkiyəyə məğlub olub

Yığma

17-06-2023, 10:0

Yığma komandamız qalib gəldi

Yığma

13-09-2022, 11:0

Samir Əliyev üçün 2 sınaq

Yığma

27-03-2023, 20:0

Millimiz məğlub oldu

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə