Məqsəd İsayev "Zirə"də

22.06.2023 10:31 254
Ölkə futbolu
"Zirə" yeni futbolçu ilə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, "qartallar" müdafiəçi Məqsəd İsayevi heyətinə qatıb.

28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Məqsəd İsayev son olaraq "Qəbələ"nin uğurları üçün çalışıb. O, daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”də də çıxış edib.