"Zirə"də yeni futbolçu

29.11.2022 14:39 314
Premyer-liqa
“Zirə” yeni futbolçu ilə anlaşıb.

Football-plus.az xəbər verir ki, "qartallar" Pərviz Azadovu heyətinə qatıb. 22 yaşlı yarımmüdafiəçi ilə "2,5 +1" illik müqavilə imzalanıb.

Əldə edilmiş razılığa görə müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Pərviz Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.