"Qəbələ"dən "Sumqayıt"a keçdi

21.06.2023 13:42 215
Ölkə futbolu
"Sumqayıt" yeni transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, "Qəbələ"dən ayrılan Rövlan Muradovla iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən əsas komandada çıxış edib.