Azərbaycanda təşkil olunacaq şahmat üzrə Dünya Kuboku günlərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Fair Play Komissiyası Bakıda beynəlxalq seminar təşkil edəcək.
İyulun 31-də başlayacaq tədbirdə iştirakçılar yarışlarda nəzəri və praktiki məsələlər barədə müzakirə aparacaq.
Seminarda FIDE Fair Play Komissiyasının rəhbəri Yuri Qarret də məruzəçi qismində çıxış edəcək.