"Tottenhem"in üzvü ilin ən yaxşısı seçildi

31.12.2022 21:30 280
Dünya futbolu
İsveçdə keçirilən sorğunun qalibi Deyan Kulusevski olub.

Football-plus.az xəbər verir ki, “Tottenhem”in oyunçusu yerli federasiyanın futbol adamları arasında təşkil etdiyi səsvermədə 1-ci yeri tutub.

22 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Deyan bu mövsüm klubunun 18 oyununda meydana çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.