Runi: “ABŞ-da Messinin işi asan olmayacaq”

16.06.2023 18:22 202
Dünya futbolu
İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu, hazırda ABŞ təmsilçisi “Di Si Yunayted”i çalışdıran Ueyn Runi böyük pullar hesabına tanınmış oyunçuları öz çempionatına cəlb edən Səudiyyə Ərəbistanını tənqid edib və FİFA-nı məsələyə qarışmağa çağırıb.

"Football-plus.az" xəbər verir ki, Bundan başqa, 37 yaşlı mütəxəssis Lionel Messinin ABŞ təmsilçisi “İnter Mayami”yə transfer olunması barədə də fikirlərini bölüşüb:
“Ərəblərin artıq bütün çərçivələri aşdığını düşünürəm. İş yavaş-yavaş cığırından çıxmağa başlayır. Bütün futbol sənayesini alt-üst edirlər. Bu axmaqlıqdı! 5 milyon avro qazanan oyunçuya öz beynindən 25 milyon avro vermək düzgün deyil. FİFA nə üçün bu məsələdə susur? Onların artıq bu işə əl atmasının zamanıdı. Messiyə gəlincə, “İnter Mayami”nin birinci turda bizimlə qarşılaşmasını çox istərdim. Messinin ABŞ-da ilk rəqibi olmağımız əla olardı. Vaşiqntondakı futbolsevərlər də onu yaxından izləyərdilər. Bir şeyi dəqiq deyə bilərəm ki, Leonun burda işi asan olmayacaq. ABŞ çempionatı kənardan göründüyü qədər asan turnir deyil. Messinin ilk turlardan öz performansı ilə çempionatın altını üstünə çevirəcəyi inandırıcı görünmür. İlk növbədə bura uyğunlaşmalıdı. Çünki burdakı futbol fərqlidi və xüsusi özllikləri var. Messi işinin asan olacağını düşünürsə, yanılır. Bu cür futbolçuların ABŞ-a gəlməsi çox yaxşı haldı. Belə transferlər həm ümumilikdə ölkədə futbola, həm də çempionat oyunlarına marağı artırır. Devid Bekhemlə Zlatan İbrahimoviçin burda oynadığı illəri xatırlayın. Onların ABŞ-da futbola təsiri böyük olmuşdu. Bu dəfə isə tarixin ən güclü oyunçularından biri, bəlkə də birincisi gəlib. Düzdü, artıq cavan deyil. Amma cəmi bir neçə ay öncə Argentinanı az qala təkbaşına dünya çempionluğuna daşıdı. Yəni hələ də yüksək səviyyəsini qoruyur. Onun gəlişi həm liqa, həm də Mayami şəhəri üçün böyük hadisədi”.