Qadın cüdoçumuzdan bürünc medal

16.06.2023 17:59 195
İdman
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.

66 kq-dakı Kəramət Hüseynov eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yeri tutub.

Qeyd edək ki, digər 6 cüdoçu medal şanslarını əvvəlki mərhələlərdə itirib.