Sərxan Hacıyev: "Premyer-liqada 10 komanda olacaq"

16.06.2023 13:51 345
Ölkə futbolu / Manşet
"Misli premyer-liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib:

"Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və 1-ci Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".