"Football-plus.az" xəbər verir ki, “Sportinq”in yarımmüdafiəçisi Fransa klubuna transfer olunduğunu təsdiqləyib.
Fransa mətbuatı bu transfer üçün Paris klubunun “Sportinq”ə 60 milyon avro ödədiyini xəbər verib. Ötən mövsüm Lissabon klubunun heyətində bütün turnirlərdə 47 oyun keçirən Uruqvay millisinin üzvü “Record” qəzetinə açıqlamasında bu barədə belə deyib:
“İndi bir az dincəlmək, sonra PSJ-də hər şeyə sıfırdan başlamaq lazımdı. Böyük klubda çıxış edəcəyəm. Messinin PSJ-ni tərk etməsi təəssüf doğurur. Onunla oynamaq əla olardı, amma bu futboldu. İstənilən halda çox xoşbəxtəm”.





