Ötən sayımızda Misli premyer-liqasında çıxış edən komandalar haqda maraqlı statistik məlumatları diqqətinizə çatdırmışdıq. Bu dəfə isə futbolçuların göstəriciləri ilə bağlı məqamları araşdıracağıq.
Ən məhsuldar üç futbolçu
Bildiyiniz kimi, mövsümün bombardiri Ramil Şeydayev oldu. “Qarabağ”ın futbolçusu 35 matçda 22 dəfə fərqləndi. Onun komanda yoldaşı Musa Qurbanlı isə 21 qol vurdu. O, bu göstəriciyə 32 matçda çatdı. Qolun vurulmasında iştirak edən futbolçuların siyahısına da “Qarabağ”lılar başçılıq edir. Onlara “Sabah”dan Coy-Lens Mikels də qoşulub. Hər üç futbolçu 28 qolun vurulmasında iştirak edib. Misli premyer-liqasının 2022/23 mövsümünün “qol+məhsuldar ötürmə” statistikasını təqdim edirik:
1. Ramil Şeydayev - 28 (22+6)
2. Musa Qurbanlı – 28 (21+7)
3. Coy-Lens Mikels – 28 (17+11)
4. Emin Mahmudov – 26 (17+9)
5. Aleksey Kaşuk – 26 (16+10)
6. Leandro Andrade – 23 (7+16)
7. Runi Eva – 19 (16+3)
8. Hamidu Keyta – 19 (8+11)
9. Abdullahi Şuaybu – 16 (11+5)
10. Abdulla Zubir – 15 (8+7)
Şeydayevlə Qurbanlı şou göstərib
Belə bir deyim var: “tutanınla vuranın güclü olsa, istənilən nəticəni əldə edə bilərsən”. “Qarabağ” Azərbaycan üçün bu kəlamı başqa hala salıb: “hücumçuların güclü olsa, statistikaları alt-üst edəcəksən”. Həqiqətən də Ağdam təmsilçisinin forvardları Ramil Şeydayevlə Musa Qurbanlı son mövsüm möhtəşəm performans sərgilədi. Onlar birgə 2022/23 “futbol ili”ndə 56 qolun vurulmasında iştirak etdi. Misli premyer-liqasının məhsuldar cütlərinin statistikası belədi:
1. Ramil Şeydayev (22 qol, 6 məhsuldar ötürmə) + Musa Qurbanlı (21 qol, 7 məhsuldar ötürmə) = 43 qol, 13 məhsuldar ötürmə
2. Coy-Lens Mikels (17 qol, 11 məhsuldar ötürmə) + Aleksey Kaşuk (16 qol, 10 məhsuldar ötürmə) = 33 qol, 21 məhsuldar ötürmə
3. Emin Mahmudov (16 qol, 9 məhsuldar ötürmə) + Ataa Caber (5 qol, 6 məhsuldar ötürmə) = 21 qol, 15 məhsuldar ötürmə
4. Runi Eva (16 qol, 3 məhsuldar ötürmə) + Natan Oduva (5 qol, 6 məhsuldar ötürmə) = 21 qol, 9 məhsuldar ötürmə
5. İsnik Alimi (9 qol, 5 məhsuldar ötürmə) + Ramon Maçado (8 qol, 3 məhsuldar ötürmə) = 17 qol, 8 məhsuldar ötürmə
6. Hamidu Keyta (8 qol, 11 məhsuldar ötürmə) + Rəhim Sadıxov (7 qol, 5 məhsuldar ötürmə) = 15 qol, 16 məhsuldar ötürmə
7. Abdullahi Şuaybu (11 qol, 5 məhsuldar ötürmə) + Fərid Nəbiyev (4 qol, 7 məhsuldar ötürmə) = 15 qol, 12 məhsuldar ötürmə
8. Amil Yunanov (7 qol) + Kamran Quliyev (5 qol, 2 məhsuldar ötürmə) = 12 qol, 2 məhsuldar ötürmə
9. Franko Mazurek (6 qol, 6 məhsuldar ötürmə) + Qoba Zakpa (5 qol, 3 məhsuldar ötürmə) = 11 qol, 9 məhsuldar ötürmə)
10. Vüsal İsgəndərli (6 qol, 3 məhsuldar ötürmə) + Todor Todoroski (3 qol, 1 məhsuldar ötürmə) = 9 qol, 4 məhsuldar ötürmə
Ramil evdə, Musa səfərdə
Qol vurmağın məkanı olmur. Futbolçular hər yerdə fərqlənərək komandasına qələbə qazandırmaq istəyir. Lakin statistika elə bir şeydi ki, hər incə detalı dəqiqliklə kütləyə çatdırmalısan. Bu səbəbdən də evdə və səfərdə ən çox qol vuran futbolçuların siyahısını təqdim edirik.
Doğma meydanda ən çox fərqlənənlər
1. Ramil Şeydayev – 13 qol
2. Emin Mahmudov – 12
3. Runi Eva – 12
4. Coy-Lens Mikels – 9
5. Abdullahi Şuaybu – 9
Səfərdə ən çox fərqlənənlər
1. Musa Qurbanlı – 13
2. Aleksey Kaşuk – 9
3. Ramil Şeydayev – 9
4. Coy-Lens Mikels – 8
5. Davit Volkov – 6 qol
Zubir – Ramil - Musa “üçlüy”ü təhlükəlidi
“Qarabağ” çempion olaraq komanda şəkildə bütün göstəriciləri alt-üst etdi. Bəziləri qeyd edir ki, son mövsüm Ağdam klubu üçün asan keçdi. Lakin statistikaya baxanda bunu söyləmək olmaz. “Köhlən atlar”ın futbolçuları ən məhsuldar “üçlük”lər siyahısında da liderlik edir.
1. Ramil Şeydayev (22) + Musa Qurbanlı (21)+ Abdulla Zubir (8) = 51
2. Coy-Lens Mikels (17) + Aleksey Kaşuk (16) + Davit Volkov (10) = 43
3. Emin Mahmudov (17) + Ataa Caber (5) + Mateus Saldanya (5) = 27
4. Runi Eva (16) + Natan Oduva (5) + Şəhriyar Əliyev (3) = 24
5. İsnik Alimi (9) + Ramon Maçado (8) + Ülvi İsgəndərov (6) = 23
6. Hamidu Keyta (8) + Rəhim Sadıxov (7) + Sərtan Taşkın (5) = 20
7. Abdullahi Şuaybu (11) + Fərid Nəbiyev (4) + Ahmed Ayzaya (4) = 19
8. Franko Mazurek (6) + Qabo Zakpa (5) + Ağabala Ramazanov (5) = 16
9. Amil Yunanov (7) + Kamran Quliyev (5) + Fuad Bayramov (4) = 16
10. Vüsal İsgəndərli (6) + Todor Todoroski (3) + Kərim Abubakar (3) = 12
Ən yaxşı Emmanuel Apehdi
Oyunlar öz axarında getməyəndə baş məşqçilər dəyişiklikər etməyə məcbur olur. Bu taktiki yerdəyişmə olur. 2022/23 mövsümündə meydana sonradan çıxaraq oyunun axarını dəyişən çox futbolçu gördük. Həmin siyahını diqqətinizə çatdırırıq:
1. Emmanuel Apeh - 21 matça sonradan daxil olaraq 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
2. Ülvi İsgəndərov – 24 oyuna sonradan daxil olaraq 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
3. Ramil Şeydayev – 11 oyuna sonradan daxil olaraq 4 qol vurub.
4. Sərtan Taşkın – 17 oyuna sonradan daxil olaraq 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
5. Qoba Zakpa və Amil Yunanov – 7 oyuna sonradan daxil olaraq 3 qol vurub.
Coy-Lens Mikels təkbaşına oyunun taleyini həll edir
Mütəxəssislər qeyd edir ki, futbol komanda oyunudu. Yəni 11 nəfərin hamısı kollektivin qələbəsi üçün əlindən gələni etməlidi. Lakin bəzən bu fikrin əksi baş verir. Elə olur ki, bir futbolçu təkbaşına görüşün taleyini həll edir. Onun vurduğu qol və ya qollar komandaya qələbə qazandırır. Misli premyer-liqasında vurduğu qol həlledici olan futbolçuların siyahısı belədi:
1. Coy-Lens Mikels – 7
2. Emin Mahmudov – 6
3. Musa Qurbanlı – 6
4. Aleksey Kaşuk – 5
5. Abdullahi Şuaybu – 4
6. Runi Eva – 4
7. Rəhim Sadıxov – 4
8. Davit Volkov – 4
9. Ramil Şeydayev – 4
10. Franko Mazurek – 3
Andrade Qurbanlının fərqlənməsinə şərait yaradıb
Komandanın heyətində yaxşı hücumçudan başqa, həm də oyun qurucusu olmalıdı. O, məhsuldar ötürmələrlə forvardın fərqlənməsinə şərait yaratmalıdı. Misli premyer-liqasında bu göstəricidə “Qarabağ”ın futbolçuları ilk sırada yer alıb. Leandro Andrade 5 məhsuldar ötürmə verərək Musa Qurbanlının fərqlənməsinə şərait yaradıb.
1. Leandro Andrade – Musa Qurbanlı – 5
2. Fərid Nəbiyev – Abdullahi Şuaybu – 4
3. Coy-Lens Mikels – Aleksey Kaşuk – 4
4. Aleksey Kaşuk – Coy-Lens Mikels – 4
5. Natan Oduva – Runi Eva – 4
6. Fuad Bayramov – Bahadur Həziyev – 3
7. Leandro Andrade – Ramil Şeydayev – 3
8. Asif Məmmədov – Ramon Maçado – 3
9. Coy-Lens Mikels – Emmanuel Apeh – 3
10. Elvin Cəfərquliyev – Ramil Şeydayev – 3
Runi Eva ən çox fayda verən yeni transferdi
Komandalar heyətini gücləndirmək üçün yeni transferlərə ehtiyac duyur. Bu mövsüm də Misli premyer-liqasında fayda verən keçidlər oldu. Bunlardan biri də Aleksey Kaşukdu. Düzdü, ukraynalı ötən mövsüm də “Sabah”ın heyətində çıxış edirdi. O, 2022/23 “futbol ili”ndə “bayquşlar”a 6-cı turdan – “Qarabağ”la görüşdən qoşuldu. Bu səbəbdən də onu bu siyahıya daxil etmədik. Misli premyer-liqasında ən çox fayda verən yeni transferlərin siyahısı belədi:
1. Runi Eva – 31 oyun, 16 qol, 3 məhsuldar ötürmə
2. Abdullahi Şuaybu – 34 oyun, 11 qol, 5 məhsuldar ötürmə
3. Davit Volkov – 35 oyun, 10 qol, 4 məhsuldar ötürmə
4. Emmanuel Apeh – 34 oyun, 8 qol, 3 məhsuldar ötürmə
5. Ramon Maçado – 32 oyun, 8 qol, 3 məhsuldar ötürmə
6. Rəhim Sadıxov – 36 oyun, 7 qol, 5 məhsuldar ötürmə
7. Franko Mazurek – 32 oyun, 6 qol, 6 məhsuldar ötürmə
8. Vüsal İsgəndərli – 34 oyun, 6 qol, 3 məhsuldar ötürmə
9. Ataa Caber – 28 oyun, 5 qol, 6 məhsuldar ötürmə
10. Natan Oduva – 28 oyun, 5 qol, 6 məhsuldar ötürmə
Qeyd edək ki, bu statistik məlumatlar “İnStat” platformasından götürülüb.
İLKİN SULTANLI