Bu gün Misli premyer-liqasında 32-ci tura yekun vurulub. Son matçda “Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş “CBC Sport” telekanalı vasitəsiylə canlı yayınlanıb.
Misli premyer-liqası
4-cü dövrə, 32-ci tur
2 may
Neftçi – Qarabağ 2:4
Mateus Saldanya, 40, Emin Mahmudov, 64 (p.) - Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Mateus Saldanya, 54 (ö.q.), Abdullah Zubir, 80
Qırmızı vərəqə: Voislav Stankoviç, 31
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 44:+11=16-17, 41:52.
1992/93 - 1:1; 1993/94 - 1:1; 1994/95 - 3:2; 1995/96 - 2:2, 2:2* 1996/97 - 0:0; 1997/98 - 1:1; 1998/99 - 0:0, 0:0; 1999/20 - 2:0; 2000/01 - **; 2001/02 - 1:0; 2003/04 - 2:0; 2004/05 - 1:0; 2005/06 - 2:0; 2006/07 - 0:0; 2007/08 - 0:0; 2008/09 - 0:1; 2009/10 - 0:0, 0:0; 2010/11 - 1:1, 2:0; 2011/12 - 3:2, 2:1; 2012/13 - 0:1, 1:2; 2013/14 - 0:0, 1:4; 2014/15 - 1:3, 0:1; 2015/16 - 1:0, 1:2; 2016/17 - 0:2, 1:2; 2017/18 - 1:3, 0:0; 2018/19 - 3:1, 2:3; 2019/20 - 0:0; 2020/21 - 0:6, 1:0; 2021/22 - 1:2, 1:2; 2022/23 – 0:4.
* - neytral meydanda keçirilib.
** - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: Musa Qurbanlı (Qarabağ).
“Futbol+”in proqnozu: 35-30-35.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bakcell Arena”. Saat 20.00
Azərbaycan derbisi gərgin mübarizə vəd edir. Qarşılaşmanın aşkar favoriti yoxdu. “Neftçi” mövsüm ərzində ilk dəfə ağdamlıları məğlub etməyə çalışacaq. Regekampf öz imici üçün bunu etməlidi. “Qarabağ” isə çempionluq yolunda növbəti addımı atmaq niyyətindədi. Qurban Qurbanovun komandası bu qarşılaşmada da uduzsa, “Sabah”la xal fərqi 4-ə enəcək. Bu isə çempionluq yarışının bir qədər də gərginləşməsinə səbəb olacaq. Bir sözlə, tərəflərin qələbə üçün döyüşəcəyi şübhə doğurmur. Lakin “Qarabağ” belə məqamlarda həmişə bir addım öndə olub. Qurban Qurbanovun yetirmələri artıq belə gərginliyə alışıb. Bununla belə, Azərbaycanın ən köklü iki komandasının duelində hər an hər şey yaşana bilər.
Ümumiyyətlə, komandalar ölkə çempionatında 90 dəfə üz-üzə gəlib. Bu görüşlərin 23-də flaqman qələbə qazanıb. Ağdam təmsilçisinin qələbə sayı 36-dı. 31 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 112:81.
1. Qarabağ 32 25 6 1 81-22 81
2. Sabah 32 23 5 4 68-23 74
3. Neftçi 32 18 7 7 58-32 61
4. Qəbələ 32 13 9 10 45-41 48
5. Zirə 32 11 9 12 38-45 42
6. Turan Tovuz 32 8 8 16 27-43 32
7. Kəpəz 32 6 11 15 31-54 29
8. Sumqayıt 32 7 7 18 23-59 28
9. Şamaxı 32 4 11 17 25-47 23
10. Səbail 32 5 7 20 26-56 22
Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 20, Ramil Şeydayev (Qarabağ) – 19, Coy-Lens Mikels (Sabah) – 17, Emin Mahmudov (Neftçi) - 16, Aleksey Kaşuk (Sabah) – 15.