• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Görəsən, pilot, sadəcə, nəzakət jesti edib, yoxsa gerçəkdən belə arzusu var?

İdman

14-06-2023, 20:0

“Formula-1” üzrə dünya çempionatının ikiqat qalibi Maks Ferstappen inamla 3-cü titula doğru gedir.

“Football-plus.az” xəbər verir ki, çempionatda xal fərqi getdikcə artır. Və burda təkcə “Red Bull”un başqa komandalar üzərindəki obyektiv texniki üstünlüyündən yox, həm də Maksın özünün sabit çıxışından gedir. Ferstappeni başqa bolidin sükanı arxasında görmək çoxları üçün maraqlı olardı. Belə görünür ki, elə niderlandlının özünə də. Maks İtaliyanın avtoidman portalına verdiyi müsahibədə gözlənilmədən “Ferrari”yə sevgisini etiraf edib və deyib ki, nə vaxtda skuderiyanın bir hissəsi olmaq istərdi. Görəsən, pilot, sadəcə, nəzakət jesti edib, yoxsa gerçəkdən belə arzusu var? Bu arzusunun gerçəkləşməsi mümkündümü, Ferstappen nəyə bel bağlaya bilər?

Maks darıxmaqdan qorxur

Hazırda “Formula-1”də Ferstappen, “Red Bull” və bütün başqaları var. “Mersedes”in və Lüis Hemiltonun dominantlığı yerini “öküzlər”in dönəminə verdi. Hələ ki mübarizənin indiki axarının dəyişə biləcəyindən xəbər verən heç bir əlamət yoxdu. Ancaq belə anlamaq olar ki, Ferstappen bütün həyatını bir komandaya həsr etmək niyyətində deyil. Onun “rossomotori.it” portalına dediklərindən: “İndiki müqaviləmin vaxtı bitərkən 31 yaşım olacaq. Tez-tez məndən soruşurlar ki, arzularının komandası varmı? “Ferrari” “Formula-1” dünyasındakı qeyri-adi tarixçəsi ilə öyünə bilər. Bu komandanın heyətində çıxış etmək əla olardı. Ancaq həmişə dediyim kimi: sadəcə, ən sürətli maşının məndə olmasını istəyirəm”.

Belə cavab çoxlarını təəccübləndirdi, hərçənd Festappen onu da əlavə edib ki, çox şey komandaların cari statusundan asılı olacaq. “Red Bull” ətrafındakı hər kəsə qalib gəlməyə davam etsə, çətin ki, o, komandadan getmək istəyə.

25 yaşlı niderlandlının Avstriya komandası ilə indiki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Maksın özünün, eləcə də “Ferrari” ilə “Red Bull”un 5 ildən sonra hansı vəziyyətdə olacağını proqnozlaşdırmaq çətindi. Bunu Ferstappen özü də etiraf edir: “Qalib gəlməyi, rəqabətədavamlı olmağı sevirəm. Ancaq sən özünü hər yarışda maksimum gücü ortaya qoymaq üçün motivasiya edə bilmirsənsə, onda belə bir sual ortaya çıxır ki, həqiqətən davam etdirmək istəyirsənmi?” Yəni mümkün komanda dəyişikliyi “Formula-1” karyerasını daha bir neçə il davam etdirmək istəyən pilot üçün motivasiya baxımından yeni çağırışdı. Axı tarix baxımından "Ferrari"nin statususuna şübhə etmək həqiqətən də axmaqlıqdı. Skuderiya “kral avtoyarışları”nda olduğu uzun illər ərzində 1059 “Qran-pri”də iştirak edib, 242 qələbə qazanıb, 799 dəfə podium görüb. Mühəndislər kubokunu 16 dəfə qazanan İtaliya komandası hələ də bu göstəricidə liderdi.

“Ferrari”, yoxsa Olimpiya Oyunları?

Avtoidman dünyasında “Ferrari”yə olan münasibəti futbolçuların “Real” və “Barselona”ya göstərdiyi münasibətlə müqayisə etmək olar. Şərti braziliyalı özünü “Mançester Siti”də rahat hiss edə bilər. O, ağlasığmaz para qazana, hər il çempion ola bilər, ancaq sevimli komandasının şərəfini qorumaqla bağlı uşaqlıq arzusu heç vaxt itməyəcək. Hər şey ona görədi ki, kiçik yaşlarından İspaniya nəhənglərini izləyib. Necə ki Ferstappen Mihael Şumaherlə Rubens Barrikellonun uğurlarını izləyib. “Ferrari” 2000-ci illərdə müasir “Formula-1”i formalaşdırıb ki, bu da indiki ulduzlar nəslinin avtoidmana gəlişinə səbəb olub.

Bununla belə, skuderiyanın indiki vəziyyətini “müflislik” adlandırmaq mümkün olmasa da, hər halda, ideal da deyil. İtaliya təmsilçisi qələbəyə həsrətdi. Böyük komandalar “kral avtoyarışları”nda tez-tez çətin dönəm yaşayır. Ancaq İtaliya təmsilçisinin uğursuzluqlarını əsaslandırmaq üçün obyektiv səbəb tapmaq çətindi. İtaliya komandası texniki təchizat və ya maliyyə baxımından uduzmur, ona, sadəcə, menecment lazımdı.

Ötən mövsüm “Ferrari”nin 21-ci əsrdə nəyi bacardığına dair yaxşı göstəricidi. Demək olar ki, qeyri-məhdud imkanlara malik olan, güclü və sürətli pilotları cəlb edən komandanın bossları elə axmaq səhvlərə yol verirlər ki, bu da “Qran-pri”nin mərhələlərində vacib xal itkisinə səbəb olur. Texniki cəhətdən həm “Mersedes” ötən, həm də “Red Bull” cari onillikdə güclüdü, ancaq “Ferrari”nin bu məsafəni aradan qaldırmaq, bəzi illərdə isə əsas rəqibini qabaqlamaq üçün hər cür imkanı var idi. Ancaq son nəticədə nə görürük? Ya maşının yenilənməsi ilə bağlı problemlər yaranır, ya da komanda dillərdə dastana çevrilən strategiya ilə bağlı səhvlərə yol verir. Ferstappenin müsahibədə dediklərinin məğzi də bundan ibarətdi – hər şey ondan asılı olacaq ki, İtaliya komandası 2028-ci ilə qədər özünü ələ ala biləcək, ya yox? Axı niderlandlı pilot şərti “Aston Martin”ə və “Haas”a uduzmaqda özü üçün hansısa məna görmür. Belədə özünü başqa yarış meydanında sınamaq daha yaxşı olardı. Bir halda ki, təkliflər başdan aşır. Maks əvvəlki müsahibəsində “IndyCar”, NASCAR yarışlarına və hətta ralli yürüşlərinə marağını gizlətməyib. Bəs Los-Anceles Olimpiadasının proqramına həqiqətən elektrokartinq salınsa, necə? Onda, yəqin ki, Ferstappeni də orda görmək şansımız olacaq. Niderlandlı avtoidman tarixində ilk olimpiya çempionu olmaq imkanınan imtina etməz.

Paylaş:
Digər xəbərlər

İdman

26-04-2023, 20:0

“Ferstappen Şumaherlə Hemiltonun rekordlarını qıra bilər”

İdman

12-11-2022, 20:0

Ferstappen nəciblik göstərdi

İdman

6-03-2023, 19:0

Hakkinen: “Hazırda Ferstappendən sürətli pilot varmı?”

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 267
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə