"Neftçi TV"yə yayın lisenziyası verildi

14.06.2023 13:51
Ölkə futbolu
Audiovizual Şura "Neftçi TV"yə yayım lisenziyası verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Şuranın iclasında qərar qəbul olunub.

Bildirilib ki, müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul edilib.