Mahmud Qurbanovun köməkçisi "Neftçi"də baş məşqçi oldu

8.06.2022 20:20 710
Premyer-liqa
"Neftçi"nin əvəzedici heyətinin yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" xəbər verir ki, Rəşad Abdullayev bu posta təyin olunub. Bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul edilib.

Abdullayev komandanın sabiq çalışdırıcısı Mahmud Qurbanovun köməkçisi və U-19-un baş məşqçisi olub.