UEFA “Sabah”la bağlı Bakıya nümayəndə göndərəcək - ÖZƏL

25.04.2023 15:54 497
Ölkə futbolu / Manşet
“Sabah”ın bu yay avrokuboklarda çıxış edəcəyi dəqiqləşib. Murad Musayevin çalışdırdığı komanda mövsüm başa çatmamış vəsiqəni təmin edib.

“Tələbələr”in qitəmiqyaslı tunirə vəsiqə qazanması məlum olan kimi ortaya bir sual çıxdı. “Sabah” ev oyunlarını harda keçirəcək? Düzdü, klubun prezidenti Maqsud Adgözəlov mətbuata açıqlamasında “Bank Respublika Arena”nın onlar üçün prioritet olduğunu bildirib. Ancaq bu günə kimi heç nə bəlli deyil.

Sözügedən məsələ ilə bağlı yeniliyin olub-olmadığını öyrənmək üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bu yöndə çalışmaların davam etdiyini bildirdi:

“Avrokubok oyunlarımızın “Bank Respublika Arena”da keçirilməsi variantı gündəmdədi. Hazırda arenanın avrokubok oyunları üçün UEFA-nın tələb etdiyi kriteriyalara uyğunlaşdırılması istiqamətində işlər sürətlə davam edir. Növbəti ay stadiona UEFA nümayəndələri tərəfindən baxış keçiriləcək və yekun qərar veriləcək”.


RƏŞAD