Yelkənçilərimiz dünya çempionatında

10.06.2023 12:58 217
İdman
Azərbaycan yelkənçiləri İspaniyanın Kosta Brava şəhərində keçiriləcək 2023 Optimist Dünya Çempionatına qatılacaqlar.

"Football-plus.az" xəbər verir ki, yarışda ölkəni Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.

İdmançılar mundiala məşqçi Yasin Çakır və Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, dünya çempionatı 15-25 iyunda təşkil olunacaq.