PFL-dən klublara rəsmi cavab

8.06.2023 16:55 660
Aktual / Ölkə futbolu
Ölkəmizdə Superkubok uğrunda oyunun keçirilməsi müzakirə predmetidi. Bu ideya baş tutsa, çempion "Qarabağ"la kubokun son qalibi "Qəbələ"nin qarşıdurmasını izləyəcəyik.

Görəsən, təşkilatçı qurumun bu məsələyə yanaşması necədi? "Football-plus.az" saytı olaraq bu sualla PFL-in texniki-idman direktoru Elgiz Abbasova müraciət etdik:

"Superkubok oyunu son dəfə Naxçıvanda "Neftçi"ylə "Xəzər Lənkəran" arasında keçirilib. Bu ideya yenidən gündəmə gəlib. Amma bu mövsümün nəticələrinə görə Superkubok uğrunda oyun olmayacaq. Gələcəkdə yenidən gündəmə gələ bilər".


ABDULLA İSMAYILOĞLU