"Şuşa bizim üçün müqəddəsdi. Hər birimiz bu adın dünya arenasında səslənməsi üçün əlimizdən gələni edəcəyik".
"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında "Xarı Bülbül" komandasının yeni mövsümdə "Çağırış kuboku"nda iştirakı ilə bağlı danışarkən deyib.
O, Şuşa təmsilçisinə dəstək olacaqlarını bildirib.
Ölkə çempionatı ilə bağlı mümkün dəyişikliklərə də toxunan Ş.Bağırov klublara müxtəlif ölkələrdən legionerlər cəlb ediləcəyini vurğulayıb: