• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elnur Amanov yığmanın mundialda fiaskosunun səbəblərini açıqladı - MÜSAHİBƏ

İdman / Müsahibə

8-06-2023, 13:0

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı milli komandamız üçün rüsvayçılıqla bitdi - mundialı medalsız başa vurduq. Federasiya rəsmilərinin uğursuzluqla bağlı fikirlərini öyrənmək cəhdlərimiz boşa çıxsa da, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanovla danışa bildik.

"Football-plus.az" olaraq mütəxəssislə fiaskonun səbəblərini müzakirə etdik.

- Təmsilçilərimiz 16 dəst medaldan birinə də yiyələnə bilmədi. Nəticə haqda nə deyə bilərsiz?
- Deyiləcək söz yoxdu. Hər şey bəllidi. Dəyərləndiriləcək nə var ki?! Rəqiblərin öhdəsindən gəlmək mümkün olmadı.

- Uğursuz çıxışın səbəblərini necə izah etmək olar? Mundiala hazırlıq mərhələsində boşluqlara yol verilmişdi, yoxsa nəticəni taekvondoçuların fərdi səhvləri müəyyənləşdirdi?
- Hazırlıq prosesi yüksək səviyyədə idi. Məşqçilər korpusu tam məsuliyyətlə işini gördü. Biz qələbələrə köklənmişdik. Düzdü, yığmanın bütün üzvlərinin uğurlu çıxış edəcəyini gözləmirdik. Hamı eyni bacarığa malik ola bilməz. Çox güvəndiyimiz idmançılar var idi ki, etimadı doğrultmadı. Bununla yanaşı, bizim üçün ev döyüşləri idi. Rəqiblər bunu nəzərə almışdı. Bilirsiz ki, səfərdə çıxış etməyin mahiyyəti daha fərqli olur. Həqiqətən qonaqlar çox yaxşı hazırlaşmışdı.

- Hansı idmançılar məşqçilərdə xəyal qırıqlığı yaratdı?
- Ad çəkmək bəlkə də doğru olmaz. Digər idmançılara haqsızlıq etmək istəmirəm. Amma son çıxışlarına əsasən yaxşı nəticə gözlədiyimiz uşaqlar var idi. Bir-iki nəfərdən hətta qızıl medal gözləyirdik. Məsələn, ötən il Meksikada keçirilən dünya çempionatında Cavad Ağayev bürünc medal qazanmışdı. Bu dəfə isə çox tez - 1/16 finalda çinli rəqibinə məğlub oldu. Səyyad Dadaşov sentyabrda Avropa çempionu olmuşdu, Eltac Qafarov isə həmin yarışda bürünc medal qazanmışdı. Bu dəfə gözləntilər doğrulmadı.

- Federasiyanın vitse-prezidenti Nağı Səfərov yığmanın “onurğa sütunu” sayılan iki titullu taekvondoçunun - Milad Beiqi Harçeqani ilə Radik İsayevin karyerasını bitirdiyini açıqladı. Onu da əlavə etdi ki, idmançılarla məşqçi arasında müəyyən anlaşılmazlıq var. Radik Nağı Səfərovu yalan danışmaqda ittiham edir. Bu haqda nə düşünürsüz?
- Həmin hadisələrin cərəyan etdiyi dönəmdə millidə deyildim. Açığı, bu haqda geniş informasiyaya malik deyiləm. Hər iki idmançı ilə bu mövzunu müzakirə etsəm də, dəqiq nəticə çıxara bilmədim. Yəqin ki, lazım olan vaxtda federasiya öz mövqeyini ortaya qoyacaq.

- Harçeqani ilə İsayevin xidmətlərini nəzərə alsaq, yenidən yığmaya çağrılmaları mümkündü?
- Hazırda bu məsələ müzakirə olunmur. Ola da bilər, olmaya da. Federasiyanın qərarından asılıdı.

- İyunun 23-26-da 3-cü Avropa, 2024-cü ildə isə Paris Yay Olimpiya Oyunları keçiriləcək. Dünya çempionatındakı uğursuzluğun həmin yarışlara mənfi təsir edəcəyini demək olar?
- Təəssüf ki, hə. Bakıda qazanmalı olduğumuz medalların önəmi böyük idi. Bilindiyi kimi, ən çox xalı dünya çempionatındakı nəticələr verir. Bundan məhrum olduq. 3-cü Avropa Oyunlarına 8 taekvondoçumuz (5 kişi, 3 qadın – red.) lisenziya qazanıb. Olimpiadada iştirakımız isə sual altındadı. Buna idmançıların yarışlarda qazanacağı xallar aydınlıq gətirəcək. İşimiz çox çətin olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

16-05-2023, 17:0

Zemfira Meftahətdinova dünya kubokunda medalsız qalan milli üzvlərinin çıxışına qiymət verdi - AÇIQLAMA

İdman

3-11-2022, 11:0

Millinin heyəti açıqlandı

İdman

20-06-2022, 13:0

Federasiya rəsmiləri millinin üzvləri ilə görüşdü

İdman

19-09-2022, 18:0

Dünya çempionatı üçün yığmanın heyəti müəyyənləşdi

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə