Xayme Romero İspaniya klubunda

28.09.2022 23:30 394
Ölkə futbolu
"Qarabağ"ın sabiq futbolçusu Xayme Romeronun yeni klubu müəyyənləşib.

32 yaşlı yarımmüdafiəçi "Kartaxena"ya keçib. Bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xayme ilə 2022-23 mövsümünün sonunadək müqavilə imzalanıb.