Kubokun qalibi “Zirə”yə yollandı - ÖZƏL

5.06.2023 13:21 412
Premyer-liqa / Manşet
2022/23 mövsümündə Azərbaycan kubokunun qalibi olan “Qəbələ” bir futbolçu ilə yolları ayırıb.

“Football-plus.az” xəbər verir ki, Məqsəd İsayev “qırmızı-qaralar”la başa çatan müqaviləsini yeniləməyib. 28 yaşlı futbolçu karyerasını yenə premyer-liqada davam etdirəcək.

Müdafiənin solunda və sağında çıxış edən oyunçu “Zirə” ilə anlaşıb.

RƏŞAD