“Nou Kamp”ın qapıları bağlandı

3.06.2023 20:52 273
Dünya futbolu
“Nou Kamp” stadionu təmirə bağlanıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın ev oyunlarını keçirdiyi arenada yenidənqurma işlərinə start verilib.

Avropanın ən böyük stadionu olan “Nou Kamp”da genişmiqyaslı rekonstruksiya 2026-cı ilin yayına qədər davam edəcək. Komanda həmin vaxtadək rəqiblərini Barselonadakı Olimpiya Stadionunda qəbul edəcək.