Basketbol Liqasında çempion bəlli oldu

30.05.2023 21:51 229
İdman
Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, bu gün final seriyasının sonuncu oyunu keçirilib. "Sərhədçi" İdman Mərkəzində “Sabah” “Gəncə” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 80:80. Əlavə vaxtda "Sabah" 86:85 hesabı ilə qalib gələrək ölkə çempionu olub.