38-ci dəfə çempion oldular

28.05.2023 17:55 217
Dünya futbolu
Portuqaliya çempionatında 34-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, son turda “Santa Klara”ya qalib gələn (3:0) “Benfika” çempion olub. Paytaxt komandası son 4 ildə ilk, ümumilikdə isə 38-ci dəfə çempion olub. “Portu” 2-ci, “Braqa” 3-cü yeri tutub. Bu komandalar da yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcəklər.

“Pasuş de Ferreyra” və “Santa Klara” son iki yeri tutmaqla primeyranı tərk ediblər.