Dünən səhər saatlarında Şərq konfransında final seriyasının ilk oyunu başa çatdı.
"Football-plus.az" xəbər verir ki, 4 overtaymdan ibarət qarşılaşmada qələbə şaybasını “Florida”nın hücumçusu Mettyu Tkaçuk vurdu. Bu hər iki klubun tarixinə ən uzun sürən qarşılaşma kimi düşdü. Zarafat deyil, oyun düz 139 dəqiqə 47 saniyə davam etdi. Bu mənada MHL-də pley-off oyunları tarixinin 6-cı nəticəsi qeydə alındı. Turnirin tarixində bundan da uzun sürən 5 oyun var. MHL rekordu uzaq 1936-cı ilə aiddi. Onda “Detroyt” yarımfinalda “Monreal Maruns”u məğlub etmiş (1:0 6ОТ), Mad Bryuneto qələbə şaybasını 177-ci dəqiqənin 10-cu saniyəsində vurmuşdu. Sonrakı rekordçu oyunlar: 1933 – “Toronto” – “Boston” (1:0 5ОТ, qələbə şaybası – Ken Dorati 164:46), 2000 – “Filadelfiya” – “Pittsburq” (2:1 5ОТ, qələbə şaybası – Kit Primo 152:01), 2020 – “Tampa-Bey” – “Kolambus” (3:2 5ОТ, qələbə şaybası – Breyden Poynt 150:27), 2003 – “Anahaym” – “Dallas” (4:3 5ОТ, qələbə şaybası – Petr Sikora 140:48). Bu göstəricidə dünya rekordu isə 2017-ci ildə Norveç çempionatında qeydə alınıb. “Sorhamar” “Sparta Sapsborq”u 8-ci overtaymda vurduğu qolla 2:1 hesabıyla məğlub edib. Yoakim Yensen qələbə şaybasını rəqib qapısından keçirəndə 218-ci dəqiqənin 14-cü saniyəsi gedirdi.
yarımfinal
19 may
Karolina – Florida 2:3 4ОТ (1:0, 0:2, 1:0, 0:1)
Seriyada hesab – 0:1.