Bununla bağlı futbolçunun fikrini öyrəndik. Murad Musayev "Football-plus.az” saytına söylədiklərinə keçid alaq:
"Qəbələ"nin yetirməsi olaraq komandada 100 matç keçirdiyimə çox sevindim. Bu qədər oyuna çıxmaq heç də hər bir klubun yetirməsinə nəsib olmur. Belə göstəriciyə qədər çox çətin sınaqlardan, enişli-yoxuşlu yollardan keçmişəm. Şükürlər olsun ki, bu gün "Qəbələ"də sabit çıxış edirəm. Bu komanda mənim üçün doğmadı. Kollektivlə məşqçilər dost-qardaş kimidi. Bundan sonra da etimadı doğrultmaq üçün əlimdən gələnin yaxşısını etməyə çalışacam".
ABDULLA İSMAYILOĞLU





