Şahmat tacı Çinə getdi

3.05.2023 20:30 259
İdman
Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.

“Football-plus.az” xəbər verir ki, çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib. Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyun təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb. Nəhayət, sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.