Din Liren şahmat tacı uğrunda dueldə ümumi hesabı bərabərləşdirdi

13.04.2023 16:11 253
İdman
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.


"Football-plus.az" xəbər verir ki, dördüncü qarşılaşma Lirenin qələbəsi ilə başa çatıb.

31 yaşlı qrossmeyster ağ firuqlarla 47-ci gedişdə rəqibini məğlub edərək ümumi hesabı bərabərləşdirib - 2:2.

Qeyd edək ki, şahmatçılar arasında 1 və 3-cü qarşılaşmada bərabərlik qeydə alınıbsa, ikinci görüşdə rusiyalı iti zəka sahibi qələbə qazanıb. Tərəflər arasındakı növbəti duel aprelin 15-də olacaq.