Paratletlərimiz Almaniyada gümüş medal qazanıblar

3.05.2023 11:55 216
İdman
Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, idmançılar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.

Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.

Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.