Paralimpiyaçımız beynəlxalq turnirdə gümüş medal qazanıb

2.05.2023 17:44 261
İdman
Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşdə (P2) ikinci yeri tutub.

Millinin digər üzvü Yelena Taranova da finala vəsiqə qazanıb və yarışı 5-ci yerdə başa vurub.

Qeyd edək ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.